“Unutmayın ki…” – Kremldən Zelenski və Lukaşenkoya şok xəbərdarlıq

“Unutmayın ki…” – Kremldən Zelenski və Lukaşenkoya şok xəbərdarlıq

Rusiya Belarusda saxlanılan rusların Ukraynaya verilməsi ilə bağlı mümkün danışıqlarda iştirak etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti yanında İnsan Haqları Şurasının Beynəlxalq Əməkdaşlıq Komissiyasının rəhbəri Aleksandr Brod deyib.

“Cənab Zelenski onların Rusiya vətəndaşı olduğunu unutdu və bu məsələni Belarusla birlikdə Rusiya tərəfinin iştirakı olmadan həll etmək istədi. Bunlar mətbəx söhbəti deyil, insanların taleyinə aid məsələdir. Buna görə də Rusiya tərəfi belə danışıqlarda iştirak etməlidir, çünki biz Rusiya Federasiyasının vətəndaşları haqqında danışırıq”, - Brod vurğulayıb.

Əlavə edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi Ukrayna və Belarus rəhbərlərinin (Aleksandr Lukaşenko) Minskdə tutulan rus hərbçilərin (“Vaqner” qrupu) Kiyevə verilməsi mövzusunu müzakirə etdiyini açıqlayıb

Mənbə: teleqraf.com