Dünyada hər 15 saniyədə bir nəfər ölür – Reuters

Dünyada koronavirusdan ölənlərin sayı 700 mini keçib.

Lent.az xəbər verir ki, bunu Reuters agentliyi öz hesablamasına görə açıqlayıb.

Məlumatda qeyd edilir ki, ABŞ, Braziliya, Hindistan və Meksika COVID-19-dan ən yüksək ölüm sayına görə lider ölkələr mövqeyini tuturlar.

Agentlik son iki həftənin hesablamasına əsaslanaraq bildirir ki, hər sutkada koronavirusdan 5900-ə yaxın insan həyatını itirir. Başqa sözlə, hər saat 247 və 15 saniyədən bir bir nəfər ölür.

ABŞ prezidenti Donald Tramp bir az əvvəlbəyan edib ki, koronavirusun yayılması ölkədə nəzarət altındadır. Bununla belə, agentlik qeyd edir ki, ABŞ-da koronavirusdan artıq 155 mindən çox adam ölüb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Qeydiyyata alınmayan namizədlərlə bağlı DİM-dən açıqlama

SONRAKI XƏBƏR

Livanda həbslər başladı