“MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki...”

“MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki...”

Fikrət Sadıqov: “Ukrayna və Gürcüstan bu qurumdan çıxarsa, bu, MDB-nin gələcəyi baxımından heç bir məna kəsb etməyəcək”

Ukrayna MDB ölkələrininsərhəd qoşunlarının elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığı haqda sazişdənçıxmaqla bağlı qərar qəbul edib. MDB iləimzalanan digər sazişlərin də Ukrayna tərəfindən təftiş edildiyi bildirilir.

Maraqlıdır, UkraynanınMDB-dən çıxması reallaşarsa, bu, digər dövlətlərin də bu qurumdan çıxması üçünpsixoloji zəmin yarada bilərmi? Belə bir addımın atılması MDB-nin aqibətibaxımından nə ilə nəticələnə bilər?

Moderator.az-aaçıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqovhər hansı bir dövlətin bu qurumdan çıxmasının MDB-nin gələcəyinə təsir göstərməyəcəyinivurğuladı:

“90-cı illərin əvvəlindəRusiya və Ukrayna rəhbərləri hesab edirdi ki, belə bir qurumun yaranması SSRİ-nindağılmasının nəticələrini yumşalda bilər.

MDB müxtəlif dövlətlərin birliyidir. Amma bu, heç də odemək deyil ki, hər hansı bir dövlət MDB-də təmsil olunduğu üçün dünya siyasətindəöz maraqlarına zidd addım atacaq. Burada heç bir məcburiyyət yoxdur. Bu qurumunəsas üstünlüyü budur ki, burada təmsil olunan ölkələr arasında viza rejimiyoxdur. Bu, müsbət bir haldır. Mən başqa üstünlükləri görmürəm.

UkraynanınMDB-dən çıxması təbii bir prosesdir. Ukrayna Avropa ittifaqına üz tutub.Gürcüstan da NATO və Avropa İttifaqına daxil olmağa cəhd edir. Bizim üçün dəMDB o qədər də böyük əhəmiyyət daşımır. Buna görə də bu ölkələrin MDB-dənçıxması və ya bu qurumda qalması MDB-nin gələcəyi üçün heç bir məna daşımır”.

Mənbə: moderator.az