Ermənistandan Kremlə şok: Rus TV-lər dayandırılır

Ermənistanda Rusiyanın “Birinci kanal”, “RTR Planeta” və “Rossiya Kultura” kanalının açıq yayımına məhdudiyyət tətbiq olunub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sərkisyan media haqqında qanun imzalayıb.

Qanuna əsasən, bundan sonra Ermənistan ərazisində sözügedən kanallar pullu yayımlanacaq.

Yalnız "Mir" telekanalının açıq yayımına icazə veriləcək.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Dağıstanda Qurban Qurbanov saxlanıldı

SONRAKI XƏBƏR

Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi