Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

Ermənistanda Rusiya telekanallarının yayımı qadağan edilib

Ermənistan prezidenti Armen Sarkisyan "Audiovizual media" haqqında qanunu imzalayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb.

Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq.

Ermənistan ərazisində yalnız "Mir" telekanalının açıq yayımına icazə verilib.

Milli.Az

Mənbə: news.milli.az