Ermənistan fövqəladə rejimi uzatmaq niyyətindədir

Ermənistan hökuməti koronavirusa səbəbindən ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimini bir ay müddətinə uzatmaq niyyətindədir. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, bu barədə çərşənbə günü keçirilən brifinqdə ölkənin Baş Nazirinin müavini Tiqran Avinyan bildirib.

“Biz qərara gəldik ki, ölkədə fövqəladə vəziyyət rejiminin müddətini bir ay uzadaq. Lakin, bu qərara baxmayaraq, biz ciddi dəyişikliklər edəcəyik və rejimin bəzi detallarına yenidən baxacağıq. Xüsusilə, biz xarici vətəndaşlar üçün ölkəyə gəlmək imkanlarına yenidən baxacağıq, bəzi malların ixracına məhdudiyyətlər aradan qaldıracağıq, həmçinin mitinqlərdə iştirak etmək imkanı məsələsinə yenidən baxacağıq”, - o qeyd edib.

Ermənistanda fövqəladə vəziyyət rejimi martın 14-də tətbiq edilib, son dəfə onu avqustun 12-dək uzadıblar. Ermənistan hakimiyyəti bildirir ki, respublikada pandemiya ilə bağlı vəziyyət getdikcə yaxşılaşır, lakin profilaktik normalara əməl olunmadığı təqdirdə yoluxmuş şəxslərin sayının kəskin artması ehtimalı var.

Epidemiyanın başladığı vaxtdan ölkədə 40 minə yaxın yoluxma halı qeydə alınıb, 770 nəfər vəfat edib. İndi təxminən 7,7 min xəstə müalicə olunur.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Lənkəranda 100 min manatlıq qızıl oğurlayan “Malış” saxlanıldı

SONRAKI XƏBƏR

Beyrut partlayışının arxasındakı rus biznesmen – Dünyanı silkələyən iddia