Britaniya Livana 5 milyon funt sterlinq dəyərində humanitar yardımı edəcək

Britaniya Livana 5 milyon funt sterlinq dəyərində humanitar yardımı edəcək

Bu gün Britaniyanın Xarici İşlər naziri Dominik Raabla Livanın Baş naziri Hassan Diab arasında telefon danışığı olub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Dominik Raab telefon danışığından sonra Beyrutdakı partlayış nəticəsində evsiz qalan insanlara kömək üçün 5 milyon funt sterlinq Livana yardım edəcəklərini açıqlayıb.

Bundan əlavə, Britaniya hökuməti itkin düşən şəxslərə yardım məqsədilə özünün xilasetmə və axtarış mütəxəssislərini Livana yollayacaq.

Xarici İşlər Naziri Dominik Raab bildirib ki, Livan Britaniyanın dostudur və çətin anlarda hər zaman yardıma hazırdırlar: “Biz Livana axtarış və xilasetmə, təcili tibbi yardım və beş milyon funt sterlinqə qədər humanitar yardım olmaqla, onlara birbaşa dəstək təklif etdik”, - deyə Dominik Raab vurğulayıb. O, partlayışdan ziyan görən və yaxınlarını itirən şəxlərə görə dərin kədər hissi keçirdiyini bildirib.

 

Mənbə: apa.az