Çeçenistanda şok cəza: 100-dən artıq gənc hamının gözü qarşısında...

Çeçenistanda şok cəza: 100-dən artıq gənc hamının gözü qarşısında...

Çeçenistan hökuməti Moskavadan respublikaya gətirilmiş 100-dən artıq gənci nalayiq əməllərə görə hamının qarşısında üzr istəməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, psixotrop maddələrdən istifadə edən bu gənclərlə Qroznıda respublika başçısı Ramzan Kadırovun müşaviri Adam Delimxanov və Daxili işlər naziri Ruslan Alxanov görüşüb.

Görüşə gənclərin yaxınları da dəvət edilib. Adam Delimxanov onların hərəkətini çeçen millətinə və müsəlmanlara yaraşmayan əməl kimi dəyərləndirib: "Belə hərəkətlərə görə şəxsləri yox, bütöv milləti günahlandırırlar".

Adam Delimxanov gənclərin ictimai işlərə cəlb olunacaqlarını bildirib.

Öz əməllərindən peşiman olan günahkarlar hökumətin onları haqlı məzəmmət etdiyini vurğulayıblar.

Mənbə: teleqraf.com