MDB-nin bu ölkəsi prezident seçkisinə gedir – Tarix açıqlandı

Tacikistanda prezident seçkiləri oktyabrın 11-də keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” parlamentin yuxarı palatası sədrinin aparatına istinadən xəbər yayıb.

“Tacikistanda prezident seçkiləri bu il oktyabrın 11-nə təyin edildi”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, müvafiq qərar ölkə parlamentinin iki palatasının birgə iclasında verilib. O da bildirilir ki, sözügedən tarix parlamentin aşağı palatasının birinci vitse-spikeri Mahamadali Vatanzoda tərəfindən təklif oluub.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Ekspert: “Azərişığ”ın xidməti getdikcə aşağı səviyyəyə düşür”

SONRAKI XƏBƏR

“Koronavirus testinin qiyməti çox bahadır” - Deputat