Belarusda 25 ildən sonra prezident dəyişə bilər – Şərtlər

Belarus Respublikasında avqustun 9-da keçiriləcək prezident seçkilərinin nəticələri artıq aydındır, mümkün etirazlar onun gedişatına heç bir təsir göstərməyəcək, hakimiyyətin dəyişməyi üçün beynəlxalq təzyiq labüddür.

Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti”yə müsahibəsində Belarus prezidenti postuna namizəd Sergey Çereçen deyib.

“Hadisələrin hazırkı inkişafından çıxış edərək görürük ki, “meydan” xilas etməyəcək”, - deyə Çereçen bildirib.

Siyasətçi qeyd edib ki, avtoritar rejimdə qələbə üçün daxili qüvvələr kifayət deyil.

“Xaricdən də dəstək lazımdır, ölkənin daxilində isə güclü komandalar olmalıdır”, - deyə Çereçen vurğulayıb.

Qeyd edək ki, avqustun 9-da Belarus Respublikasında prezident seçkiləri keçiriləcək. Avqustun 4-də isə ölkədə vaxtından əvvəl səsvermələr başlayıb. Son iki gün ərzində Belarusda 12,75 faiz seçici artıq seçimini edib. Ölkə lideri postuna beş nəfər namizədliyini irəli sürüb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Erməni hərbçilər qəzaya düşdü – Ölü və yaralılar var

SONRAKI XƏBƏR

Virusdan asılı seçki: Trampı ancaq peyvənd xilas edə bilər