ABŞ BMT-yə layihə verdi: İrana embarqo

İrana qarşı silah embarqosunu uzatmaq üçün qətnamə layihəsini gələn həftə BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyik.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“BMT Təhlükəsizlik Şurasının missiyası beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır. Şura bir nömrəli terror dəstəkçisinə silah alıb-satmağa icazə verərsə, bu, təşkilatla bağlı mənfi fikirlərin formalaşmasına gətirib çıxarar. Bu və ya digər şəkildə doğru olanı edəcəyik. Silah embarqosunun uzadılacağına əmin olacağıq”, - dövlət katibi bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Erməni hərbçilər qəzaya düşdü – Ölü və yaralılar var

SONRAKI XƏBƏR

Virusdan asılı seçki: Trampı ancaq peyvənd xilas edə bilər