Livana yardım etməliydikmi?

Livana yardım etməliydikmi?

Cəmiyyət Livanda baş verən dəhşətli faciəyə görə iki yerə bölünüb: Birinci qrup "livanlılara əcəb oldu", "erməniyə dəstək verən dövlətdi", "ASALA, PKK-nın mərkəzidir" və sair fikirlər səsləndirir.

İkinci qrup isə dəhşətli faciəyə insanlıq nöqteyi-nəzərindən yanaşır. Hər iki qrupun haqlı olduğu tərəflər çoxdur.

Fakt odur ki, Livanda erməni lobbisi böyük gücə malikdir. Onlar Ermənistana ciddi dəstək verirlər. Ancaq bir faktı diqqətdən qaçırtmaq olmaz ki, orada ermənilərdən başqa digər millətlər də yaşayır.

Biz insanlığımızı göstərək. Tarixən millət olaraq başqa millətlərin faciələrinə sevinənməmişik. Türk millətinin böyüklüyü bundadır. Sabah Azərbaycan bayrağı altında yardımın Beyruta göndərilməsi, Livanda bizə qarşı olan fikri dəyişdirə bilər. Bəlkə də erməni lobbisinin Livan cəmiyyətində illərdir ki, Türklər haqqında yaratdığı mənfi informasiya zəifləyəcək.

 

Elnur Eltürk

 

 

Mənbə: moderator.az