Ərdoğan Livana tibbi yardım və xilasedicilər göndərdi

Ərdoğan Livana tibbi yardım və xilasedicilər göndərdi

Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra Türkiyə bu ölkəyə tibbi ləvazimat və personal göndərib.

Avropa.info xəbər verir ki, Türkiyə MN bu barədə “Twitter” səhifəsində açıqlama verib. Türkiyə prezidenti Ərdoğanın göstərişi ilə havaya qalxan TSQ təyyarəsi Beyrutda enib. Təyyarədə tibbi ləvazimat və avadanlıqlar, axtarış-xilasetmə heyəti olub.

Beyruta enən təyyarəni qarşılayan Türkiyənin Livandakı səfiri Hakan Çakıl Türkiyənin Livanı tək qoymayacağını deyib.

Mənbə: avropa.info