Maliyyə nazirinin müavini deputatların xərclərlə bağlı təkliflərinə münasibət bildirib

Bakı. Elçin Mehdiyev - Trend:

Maliyyə nazirinin müavini deputatların yerli xərclərlə bağlı təkliflərinə münasibət bildirib.

Trend xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu xərclər əsasən, yerli büdcədən maliyyələşən bağçaların, ərzaq təminatı ilə əlaqədardır.

O əlavə edib ki, ilin əvvələrində yerli büdcələrdə bu istiqamətlərə ayrılan vəsaitlər istifadə olunmayıb.

"Ona görə də qənaət edilib. Azalmaların əsas səbəbi budur. Siyavuş müəllim Naxçıvana ayrılan vəsaitin azlığını qeyd etdilər. Pandemiya sahəsində tədbirlərin həyata keçirilməsi üçün ayrılmış vəsait mərkəzləşmiş qaydada ayrılır. O baxımdan Naxçıvana ayrılan bu vəsait pandemiya ilə mübarizə üçün ayrılan vəsait deyil, müxtəlif istiqamətlər yönəldilən vəsaitdir. Pandemiya əlaqədar xərclər isə mərkəzləşmiş xərclərdən ayrılacaq”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“TikTok” üçün 30 milyard dollar ödəməyə hazırdır

SONRAKI XƏBƏR

Baş infeksionist: “Virus yayda qanunauyğunluğa tabe olmadı, payızda əksi gözlənilir”