Azərbaycanın strateji tərəfdaşlarının sayı artmaqda davam edir

Azərbaycanın strateji tərəfdaşlarının sayı artmaqda davam edir

Erməni terrorizmi ilə üz-üzə qalan Azərbaycanın haqq səsinə dəstək verən ölkələrin, beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur. Azərbaycana həqiqi dostluq və qardaşlıq əlini uzadan, öz köməyini əsirgəməyən ölkələrdən Türkiyə, Pakistan, Ukrayna, Moldova, İsrail və digərləri isə əsil fədakarlıqla Ermənistanın təzavüzkar siyasətini qətiyyətlə pisləyərək Azərbaycanın yanında yer aldıqlarını nümayiş etdirməkdədir. YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, Azərbaycanla tarixi dostluq əlaqələrinə malik olan İsrail dövlətinin də ölkəmizin haqq səsinə səs verməsi hər zaman müşahidə olunmaqdadır, ənənəvi tarixi- mədəni köklərə əsaslanan və qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin yüksək zirvəyə çatdığı Azərbaycan-İsrail münasibətlərinin daha bir nümunəsini bu ölkənin Ermənistanın işğalçılıq siyasətinə qarşı mövqeyində görmək mümkündür: "İsrail dövləti iyul ayının 12-15-də Ermənistan silahlı qüvvələrininTovuz istiqamətində növbəti təxribatını qəti şəkildə pisləyərək bu qanlı provokasiyanın qəbuledilməz olduğunu bəyan edib. "İsraildə Azərbaycan Evi"nin İdarə Heyətinin üzvləri həmin günlərdə qəbul etdiyi bəyanatda Ermənistanın sülhə və təhlükəsiziliyə zidd olan hərəkətlərini qətiyyətlə pisləyərək öz etirazını bildirib. "İsraildə Azərbaycan Evi"nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Ermənistan Respublikasından birmənalı və dəqiq olaraq bütün provokasion hərəkətləri dərhal dayandırmasını, danışıqlar masası arxasına keçməyi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun dərhal və qeyd-şərtsiz qaytarılması haqqında danışıqlara başlamağı tələb edirlər. İsraildə yaşayan, əslən Azərbaycandan olan 80 minlik diaspor - dağ yəhudiləri icması, Avropa aşkenazilər icmasının üzvləri və İsrail sakinləri olan etnik azərbaycanlılar, digər ictimai təşkilatlar erməni işğalçı qoşunlarının Azərbaycan sərhədinin Tovuz istiqamətində və işğal edilmiş bütün Dağlıq Qarabağda törətdikləri əməllərə son qoyulmasını beynəlxalq təşkilatlardan tələb edir. İsrail dövlətinin də rəsmi mövqeyi konkretdir: Ermənistan işğalçıdır və Azərbaycan torpaqlarını tərk etməldir. Bu gün işğalçı Ermənistan Azərbaycan və İsrail arasında möhkəm və strateji əlaqələrdən qorxuya düşür. Xüsusilə də, hərbi müdafiə texnologiyaları sahəsində güclü əməkdaşlıq, İsrailin ən müasir hərbi texnikalarının Azərbaycana verməsi bədnam işğalçı ölkəni təşvişə salır".

Onun sözlərinə görə, ötən əsrin əvvəllərində Qubada törədilmiş ağır soyqırımda azərbaycanlılarla bərabər yəhudilər də erməni terrorçular tərəfindən qətlə yetirilib. Bu gün Qubadakı soyqırım abidəsi bir daha erməni faşizminin sifətini dünyaya tanıdan canlı tariximizdir. Ermənilər bu vəhşiliyə görə, bəşəriyyət tərəfindən kəskin şəkildə qınanır, ifşa edilir: "Onu da qeyd edək ki, İsrail-Azərbaycan əlaqələri hərbi-siyasi deyil, bütün sahələrdə də güclənən xətt üzrə inkişaf edir. Azərbaycan cəmiyyətində yəhudilərə qarşı xoş münasiblər tarixin bütün dövrlərində olubdur. Azərbaycanda yəhudi icmaları ən təhlükəsiz şəraitdə yaşayıblar, ölkəmizin inkişafına töfhə veriblər. Yəhudilər doğma Azərbaycana ən layiqli şəkildə öz xidmətlərini göstəriblər. Bakıda doğulmuş fizik Lev Landau var. O, elmi kə.flərinə görə, Nobel mükafatına layiq görülüb. Yəhudi kökləri olan digər azərbaycanlıların da fədakarlıqları çoxdur. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda onlarla yəhudi cəcurluq edib. Erməni terrorçularına qan udduran qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov hər birimizin qürur mənbəyidir. Azərbaycan dövləti Albert Aqarunovun adını daşıyan küçədə onun şərəfinə abidə ucaltmaqla öz yəhudi qəhrəmanının xatirəsini ehtiramla anıb. Bu gün azərbaycanlılar öz Vətəninə şöhrət və şərəf gətirmiş yəhudi həmvətənləri ilə fəxr edirlər. Bir çox dövlətlərdən, o cümlədən Avropa dövlətlərindən fərqli olaraq, Azərbaycanda heç bir antisemitizm hadisəsinin qeydə alınmaması müsəlmanlarla yəhudilərin dinc yaşamalarının və bir-birinə hörmət bəsləmələrinin daha bir təzahürüdür. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan bu gün yəhudi icmasının evinə çevrilib. Burada səkkiz sinaqoq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə İsmayıllı rayonunun Mücü kəndində çoxəsrlik yəhudi qəbiristanı bərpa edilib. Müqəddəs Tövrat AMEA-nın Şərqşünaslıq İnstitutunda ilk dəfə Azərbaycan dilinə tərcümə edilib.Yəhudiləri birliyini təmsil edən yüzlərlə siyasətçi, biznesmen, alim və digər tanınmış xadimlər Rusiya, İsrail, ABŞ, Almaniya, Böyük Britaniya və Azərbaycanda yaşayır. Eyni zamanda, İsraildə yaşayan dağ yəhudiləri Azərbaycanla fəal ictimai-siyasi və humanitar əlaqələr saxlayır, onun bayramlarını qeyd edir və faciəli günlərində onun kədərini bölüşürlər. Onlar həm də Azərbaycan diasporu deməkdir".

V.Abdullayev bildirib ki, İsraillə son 27 ldə münasibətlərimiz qarşılıqlı və faydalı əməkdaşlıq, mehriban dostluq ruhunda inkişaf etməkdədir. 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri və Ümummilli lider Heydər Əliyevlə görüşü ikitərəfli münasibətlərə yeni nəfəs verdi. Bunun ardınca, 2009-cu ilin may ayında Təl-Əvivdə Azərbaycan- İsrail Biznes-forumunin keçirilməsi, 2009-cu ilin iyun ayında isə İsrail Prezidenti Şımon Peresin Azərbaycana səfəri dövlətlərarası əlaqələrin inkişafında yeni bir mərhələyə start verdi. İsrail-Azərbaycan münasibətlərinin tarixində ilk dəfə olaraq dövlət başçıları səviyyəsində səfər baş tudu. Sonrakı illərdə dövlət və hökumət başçıları arasında görüşlər ənənə halını aldı. 2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin möhkəmlənməsinə yeni hərarət verdi. Son illərdə siyasi və iqtisadi təmaslar münasibətlərin strateji ruhunu dada da möhkəmləndirir: "Bu gün beynəlxalq təşkilatlarda və xarici ölkələrdə Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyən ölkələrdən İsrailin fəallığı xüsusilə seşilir. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və beynəlxalq təşkilatlarda görüşləri zamanı yəhudi icmasının üzvləri ilə görüşləri, aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə səmərəli və yaddaqalan müzakirələri münasibətlərin inkişafına daha da güclü stimul verib. Dövlətimizin başçısı dəfələrlər Bakıda Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərlərini qəbul edib və bu cür görüşlər əlaqələrimizə impulslar veribdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ABŞ-a səfəri zamanı yəhidi icması, yəhudi milli təşkilatlarının və Amerika İsrail İctimai Əlaqələr Komitəsinin üzvləri ilə faydalı görüş və müzakirələri də əlaqələrin dinamikasına töhfə verib. Azərbaycan və İsrail arasında əlaqələr getdikcə daha da möhkəmlənir. 2021-ci ildə Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd ediləcək. Bu münasibətlə İsrail hökuməti Azərbaycan Prezidenti İlham Əliyevi bu əlamətdar hadisəni qeyd etmək üçün öz ölkəsinə tarixi səfərə dəvət edib. Bu, İsrailin bir daha Azərbaycana, Prezident İlham Əliyevə olan dərin və yüksək ehtiramın, etimadın nümunəsidir".

 

Nurlan

Mənbə: olaylar.az