Kəşmir və Gilgit-Baltistanda 51 faizdən çox insan başqa yerə köçmək niyyətindədir

Rohtakda yerləşən Hindistan İdarəetmə İnstitutunun direktoru professor Deerac Şarma Lahore İdarəetmə Elmləri Universitetinin professoru Fərrah Arif tərəfindən aparılan birgə araşdırmada Kəşmirdəki və Pakistanın işğal etdiyi Kəşmir ərazindəki həyat tərzinin təzadlı olduğu qeyd olunur.

Olaylar.az bildirir ki, sorğuya görə, Pakistanın işğal etdiyi Kəşmir ərazisi əhalisi ilə müqayisədə Cammu və Kəşmir və Ladaxda daha çox insan gələcəyə nikbin baxır. Həmçinin, nəzarət xəttinin Hindistan tərəfində yaşayan çoxsaylı insan, öz valideynləri ilə müqayisədə həyatlarında daha yaxşı hadisələrin baş verəcəyinə inanır. Dinc dünya əhalisinin əksəriyyətinin qəmgin və bədbin düşündüyü COVID-19 pandemiyası fonunda, Kəşmir xalqı olduqca nikbin və xoşbəxt görünür deyə professor Deerac Şarma və professor Fərrah Arifə bildirib.

Araşdırma Cammu və Kəşmirdə və Pakistanın işğalı altında olan Kəşmir ərazisində yaşayan təsadüfi seçilmiş 1425 nəfər arasında aparılıb. Sorğu, COVID vəziyyəti şəraitində müxtəlif ərazilərdə həyata keçirilib.

Pakistanın işğalı altında olan Kəşmir ərazisindən və Gilgit-Baltistandan ümumilikdə 396 cavab toplanıb. Kəşmir, Cammu və Ladaxdan isə sorğunu 1029 nəfər cavablandırıb.

Sorğuda insanlardan həyatlarından nə dərəcədə məmnun olduqları soruşulub. İştirakçılardan həmçinin, yaşadıqları ərazi hökumətindən razı olub-olmamaları və məşğulluq üçün başqa bir əraziyə köçmək niyyətində olduqları da soruşulub. Ladax, Kəşmir və Cammu bölgələrindən 75 faizdən çox insan, əvvəlki nəsillə nisbətən onların həyatında "yaxşı şeylər" olacağını gözləyir. Digər tərəfdən, Pakistanın işğal etdiyi Kəşmir ərazisində və Gilgit-Baltistanda 60 faizdən az adam gələcəyə nikbin baxır.

 

Pakistanın işğal etdiyi Kəşmir ərazisində və Gilgit-Baltistanda 51 faizdən çox insan məşğulluq üçün başqa yerə köçmək niyyətindədir. Bunun əksinə olaraq Ladax, Kəşmir və Cammu bölgələrində təxminən 33 faiz insan daha yaxşı iş üçün köçməyi düşünür. 55-dən çox sorğu iştirakçısı, övladlarının daha yaxşı yaşamaları üçün başqa yerə köçmək niyyətində olduqlarını qeyd edib. Cammu, Kəşmir və Ladaxda insanların 30.4 faizi uşaqlarının gələcəyi üçün köç etmək fikrindədir.

Sorğuya əsasən, Cammu, Kəşmir və Ladaxdan iştirakçıların yüzdə 67-si, bölgədəki hökumətdən məmnun olduqlarını düşünür.

Lakin, Gilgit-Baltistan və Pakistanın işğal etdiyi Kəşmir ərazisində yaşayan iştirakçıların yalnız 40 faizi hökumətlərinin fəaliyyətindən razıdır.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Belarusdan rus muzdluları istədi

SONRAKI XƏBƏR

Fəxri ad alan məşhurlarımız – BİZİM ARAŞDIRMA