ABŞ hökuməti bu şəxslərə 10 milyon dollar mükafat verəcək

ABŞ hökuməti bu şəxslərə 10 milyon dollar mükafat verəcək

Noyabrın 3-də Amerikada prezident seçkiləri keçiriləcək. Lakin hökumət hələ də seçkilərdə saxtakarlığa yol veriləcəyindən narahatdır.

Cebhe.info xəbər verir ki, hökumət adından çıxış edən ABŞ Xarici İşlər naziri Mayk Pompeo kibercinayətkarlıqla seçkilərdə saxtakarlığa çalışan şəxs haqqında və ya yeri barədə məlumat verən şəxsə 10 milyon dollar mükafat veriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ kəşfiyyatı Rusiyanın 2016-cı ildə ABŞ Prezidenti Donald Trampı dəstəkləmək üçün sosial medianı manipulyasiya etməklə seçkilərə müdaxilə etdiyi iddia olunur. Lakin Tramp buna “Rusiya fırıldağı” deyə məsələyə münasibət bildirmişdi.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info