Mayk Pompeo: “Biz, İran rejiminin hərbi silah almaqla digər ölkələri təhlükəyə salmasına imkan verməyəcəyik”

Mayk Pompeo: “Biz, İran rejiminin hərbi silah almaqla digər ölkələri təhlükəyə salmasına imkan verməyəcəyik”

Pompeo deyib ki, Amerika hökuməti İrana silah satışına qoyulan embarqonun vaxtının uzadılması ilə bağlı hazırladığı bir qətnamə layihəsini səsə qoyulması gələn həftə BMT Təhlükəsizlik Şurasına təqdim edəcək: “Amerika Birləşmiş Ştatları İran rejiminin hərbi silah almaqla digər ölkələri təhlükəyə salmasına imkan verməyəcək. Biz İran rejiminə silah satışına qoyulan qadağanın vaxtının uzadılması üçün bütün diplomatik güc və imkanlarımızdan faydalanacağıq.
BMT Təhlükəsizlik Şurasının əsas vəzifəsi beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır. Elə buna görə də hesab edirik ki, bu şuranın, dünyada terrorizmin 1-nömrəli himayədarı olan İran rejiminə sərbəst şəkildə silah almasına icazə verməsi tamamilə səhv və məsxərə bir addım olacaq.
Bizim gələn həftə bununla bağlı BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyimiz qətnamə layihəsi tamamiə məntiqə söykənir. Məhz buna görə də, biz İrana silah satışına qoyulan embaqonun vaxtının uzadılmasından əmin olmağa çalışırıq” –deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının İrana hərbi silah satışına qoyduğu sanksiyanın vaxtı oktyabr ayının 18-də başa çatır.

Mənbə: davam.az