Ermənistanda “casus ovu” başlayıb: - “Rusiyanın adamları” axtarılır


Ermənistan xüsusi xidmət orqanları ölkədəki və qurumdakı Rusiya casuslarını axtarır.
Cebhe.info xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Arqişti Karamanyanın göstərişi ilə bütün ölkədə Rusiyaya bağlı kadrların axtarışı davam edir. Bu barədə yerli mətbuat yazıb.
"Qraparak" nəşri öz mənbəyinə istinadən bildirir ki, xidmətin yeni və gənc direktoru Rusiya Federal Təhlükəzlik Xidmətində təhsil alan kadrları üzə çıxarmağı tapşırıb. Buna səbəb isə onların hələ də sözügedən qurumla əməkdaşlığını saxlaması ehtimalıdır.
Sistemi hansı yolla olursa olsun təmizləmək qərarına gələn yeni direktor bu tapşırığı haradan aldığını açıqlamır.
O da bildirilir ki, Rusiyaya qarşı mövqeyi ilə tanınan Karamanyan vəzifəyə təyinat aldığı ilk günlərdə onu tanıyanlar tezliklə bu proseslərin başlayacağını bildirirdilər. Buna nümunə olaraq Dövlət Nəzarəti Xidmətinin rəisi olduğu zaman Karamanyanın 2018-ci ildə Cənubi Qafqaz Dəmir Yoluna hücumun təşkilatçısı olduğu iddiası var.

Dia.az

ƏVVƏLKİ XƏBƏR

TAP Azərbaycanı Avropa nə qədər yaxınlaşdıracaq?

SONRAKI XƏBƏR

Uşaqpulunun verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA