Con Bolton: “Tramp Ərdoğana qarşı çıxa bilmir”

ABŞ-ın sabiq milli yəhlükəsizlik müşaviri Con Bolton Kurdüstan Regional Hökumətinə (KRG) yaxınlığı ilə tanınan "Rudew” kanalına müsahibə verib.

Cebhe.info xəbər verir ki, Con Bolton çıxışında Donald Trampı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı çıxa bilməməkdə və onun fikirləri ilə hərəkət etməkdə ittiham edib.

Türkiyəni Suriya və İraqda artan nüfuzuna diqqət çəkən Bolton deyib ki, özü də bunu başa düşə bilmir: “Tramp özü də bunu izah edə bilmir. Şimal-şərqi Suriyada baş verən hadisələr bunu sübut edir. Tramp Ərdoğanın bütün ABŞ qoşunlarını Suriyadan çıxarmaq təklifinə razı oldu. 2018-ci ildə olanlar Türkiyənin təzyiqləri nəticəsində gerçəkləşdi”.

Əli Bədir

Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Flora Kərimova: "Nazir dedi ki, 10 nəfərə əməkdar və xalq artisti adı verilib, mənim xəbərim yoxdur" - VİDEO

SONRAKI XƏBƏR

Bakıda ata 2 yaşlı oğlunun boğazını bu evdə kəsdi - TƏFƏRRÜAT (Fotolar-Video)