Belarus tarixinin ən çətin prezident seçkilərinə gedir

Belarusda prezident seçkiləri keçiriləcək.

Publika.az xəbər verir ki, xalq 9 avqustda səsvermə hüququndan istifadə edərək yeni prezidentini seçəcək.

Prezident vəzifəsi üçün seçkilərdə 5 namizəd mübarizə aparacaq. “Qovori Pravda” hərəkatının vitse-prezidenti Andrey Dmitriyev, sabiq millət vəkili Anna Kanopatskaya, Sosial Demokrat Qramada Partiyasının sədri Sergey Çereçen və Svetlana Tikhanovskaya namizədliyini irəli sürüb.

Hazırkı prezident Aleksandr Lukaşenkonun 26 illik iqtidarı ərzində heç qarşılaşmadığı ən çətin sınağına girdiyi bildirilir. Belə ki, Rusiya ilə münasibətlərin gərginləşdiyi, Qərbin dəstəklədiyi müxalifətin böyüməyə başladığı və koronavirus pandemiyasının davam etdiyi dövrdə prezident seçkilərinə getmək Lukaşenko üçün riskli dəyərləndirilir.

Qeyd edək ki, 1994-cü ildə xalqın 80% dəstəyini əldə edən Aleksandr Lukaşenko Belarusun ilk prezidenti seçilmişdi.

Zümrüd

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Pompeo Avropa turnesinə çıxır

SONRAKI XƏBƏR

Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina edib