Sabiq səfir ABŞ-ı tənqid etdi

Sabiq səfir ABŞ-ı tənqid etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Fransanın ABŞ-dakı sabiq səfiri Cerard Araud İranla əldə olunan nüvə razılaşmasından danışıb.

Sabiq səfir açıqlamasında bildirib ki, İranla əldə olunan nüvə razılaşmasından ABŞ-ın çəkilməsi yanlış addım idi.

"Bu razılaşmanı ABŞ pozdu. Onlar beynəlxalq qanunları ayaqlar altına atdılar. Bu barədə reallıq nədirsə onu demək lazımdır", - deyə Cerar Araud diqqətə çatdırıb.

O qeyd edib ki, İranla əldə olunan nüvə razılaşmasına ABŞ yenidən qayıtmalıdır.

Mənbə: eastnews.org