“Məni ABŞ və NATO ilə qorxutmaq lazım deyil” – Lukaşenkodan Kremlə xəbərdarlıq

Məni ABŞ və NATO ilə qorxutmaq lazım deyil, 33 silahlını bura onlar göndərməyib.

Turkustan.info xəbər verir ki, Belorus prezidenti Aleksandr Lukaşenko bu sözləri Minskdə saxlanılan rusiyalı silahlılarla bağlı danışarkən deyib.

“Biz bu problemi həll etdik. Heç bir siyasiləşdirmə olmamalıdır. Siyasi və iqtisadi tamaşalar bizə lazım deyil. Bunun nəticələrinin ola biləcəyi ilə də bizi qorxumaq lazım deyil. Bütün nəticələri gözəl bilirik. Amerikalılar, natoçularla da qorxutmaq lazım deyil. Əgər iş buna qalıbsa, 33 nəfəri bura nə amerikalılar göndərib, nə də natoçular” – Lukaşenko deyib.

Qeyd edək ki, 29 iyulda Belorus hökuməti “Vaqner” hərbi şirkəti üzvü olduğu bildirilən 33 Rusiya vətəndaşını saxlamışdı. Onlar ölkədə kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunur.

Kremlin mətbuat katibi Dmitri Pesdkov saxlanılan şəxslərin “Vaqner”ə məxsus olduğunu etiraf etsə də, onların təyyarə reysinə gecikdiyini, Belorusdan isə tranzit məqsədilə istifadə etdiyini demişdi. /Avropa.info/

 

 

 

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Lukaşenko Belarusda tutulan rusiyalı muzdluları Ukraynaya təhvil verməyə hazırlaşır “YAŞIL İŞIQ YANDIRILIB...”

SONRAKI XƏBƏR

Tacikistanda keçiriləcək prezident seçkilərinin vaxtı açıqlandı