Paşinyan: Ölkədə işsizlik var, amma işçi yoxdur

Paşinyan: Ölkədə işsizlik var, amma işçi yoxdur

Ermənistanda işçi qüvvəsi tapmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, hazırda Ermənistanda işsizliyin olduğunu, amma bununla bərabər işçi qüvvəsinin də çatışmadığını bildirib:

“Tavuş tekstil” tikiş fabriki bəyan edib ki, iki gün sonra Parvakar kəndində 200 işçisi olacaq tikiş sexi açacaq, amma burada işçi tapılmır”.

Qeyd edək ki, Ermənistanda yoxsulluq səbəbindən kütləvi miqrasiya böhranı yaşanır. Olan iş yerlərində də əmək haqqı minimal tələbatı ödəmədiyindən, insanlar ölkədən getməyə üstünlük verirlər.

Mənbə: axar.az