İşlər sürətləndi: “Kabus şəhər” ilin sonuna kimi açılır

46 ildir bağlı olan Maraş şəhəri bu ilin sonuna kimi yenidən açılacaq.

Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün Ankaraya gələn Şimali Kiprin Baş naziri Ərsin Tatar Türkiyə Prezidentinin müavini Fuad Oqtay və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Maraş şəhərinin yenidən açılması olub.

İclasda Maraş şəhərinin açılması ilə bağlı işlərin sürətləndirilməsi, aparılan işlərin ilin sonuna kimi tamamlanması barədə qərar qəbul edilib.

Bildirilib ki, 46 ildir bağlı olan, bir vaxtların turizm mərkəzi sayılan Maraş yenidən xidmət göstərməlidir.

Qeyd edək ki, Maraş bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib və təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Pompeo Rusiya ilə nüvə danışıqları barədə açıqlama verdi

SONRAKI XƏBƏR

“Böyük orduya ehtiyac var, çünki...” – Belaruslu siyasətçidən şok iddia