Livanlı deputat: Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində bu cür məqamda çox vacib olan İslam həmrəyliyi nümayiş etdirdi.

Trend-ə bunu livanlı deputat İmad əl-Hoot deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən Livan xalqına kömək göstərilməsi çox vacib və vaxtında atılan addımdır:

“Biz göstərilən köməyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə, qardaş Azərbaycan xalqına minnətdarlığımızı bildirməliyik”.

İ.əl-Hoot qeyd edib ki, Azərbaycanın Livana maliyyə yardımı göstərməsi iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün vacib təkan olacaq və bu, ilk növbədə Beyrutun xeyrinədir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Facebook” Trampın koronavirusla bağlı paylaşımını sildi

SONRAKI XƏBƏR

Rüstəm Behrudi hansı aktyoru döymüşdü? – Özü danışır...