Paşinyan Ermənistanda "partlayışın" qarşısını almaq üçün YALAN DANIŞIR

Tovuz döyüşləri Ermənistan hakimiyyətinin iç üzünü bir daha ortaya çıxartdı. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribatın acı nəticələrindən düşmən tərəfi hələ də xilas ola bilmir.

O gündən bu günə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın açıqlamalarında və ölkənin xəbər portallarında düşmən hərbçilərinin avtomobil qəzası nəticəsində, hərbi hissədə naməlum şəraitdə öldüyü xəbərlərinə tez-tez rast gəlirik.

Milli.Az məsələnin əsl məğzini öyrənmək üçün ehtiyyatda olan polkovnik İlqar Əliyevlə əlaqə saxlayıb. Polkovnik açıqlamasında bunu Ermənistan hakimiyyətinin oyunu adlandırıb:

"Ermənistan tərəfi Tovuz döyüşlərindəki itkilərini gizlətmək üçün bu yolla ölülərini açıqlaya bilərlər. Səbəbi də Paşinyan hakimiyyətinin daxili narazılıqları ört-basdır etmək cəhdidir.

Ermənistanda əsgər anaları tez-tez Prezident Aparatının qarşısında etiraz aksiyaları keçirirlər, narazılıqlarını bildirirlər. Belə bir vəziyyətdə birdən-birə o qədər əsgər, hərbçi ölümünün elan edilməsi daxildə böyük partlayışa çıxara bilər".

Təhməz Təkin
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Facebook” Trampın koronavirusla bağlı paylaşımını sildi

SONRAKI XƏBƏR

Rüstəm Behrudi hansı aktyoru döymüşdü? – Özü danışır...