"Necə olur polis, prokurorluq, hərbi komissarlıq birləşmir, amma təhsil şöbələri birləşir?" - deputat

"Necə olur polis, prokurorluq, hərbi komissarlıq birləşmir, amma təhsil şöbələri birləşir?" - deputat


“Necə olur polis, prokurorluq, hərbi komissarlıq birləşmir, amma təhsil şöbələri birləşir? Müəllim 70 km getməlidir ki, hansısa məsələyə aydınlıq gətirsin”.
Musavat.com xəbər verir ki, komitə sədri Siyavuş Novruzov bu fikirləri Milli Məcisin iclasında söyləyib.
“Kim nə struktur istəyirsə, axşam fikirləşir, səhər gəlib onu tətbiq edir. Vaxtilə ölkədə bütün kənd təsərrüfatı idarələrini ləğv etmişdilər”.
S.Novruzov bildirdi ki, götürüb Zərdabda turizm mərkəzi yaradıblar, yaxud Quba, Qusarın turizm idarəsi Xaçmazda yerləşir: “Vətəndaş pensiyasının arxasınca gəlir. Bakını başa düşdük, amma kənd rayonunda bunu etmək... Qərb bölgəsini mərkəzləşdiriblər, Qazaxdan bəri hamısı ora gedir. Sumqayıt boyda böyük şəhərin təhsil şöbəsini ləğv edib harasa birləşdiriblər. Bakıda bütün rayonlarda təhsil şöbələri ləğv edilib, olsun. Amma hər rayonda bizim kifayət qədər məktəblərimiz var və təhsil şöbələrinə ehtiyac var. Məktəb direktorlarını rayon təhsil şöbələri təyin etməlidir. Çünki bilir ki, kim məktəb direktoru ola bilər. Rayon icra hakimiyyətinin başçısı ancaq süpürgəçilərə rəhbərlik edir. Ancaq evdə ailəsilə dava edən, qonşusu ilə dalaşan, torpaq mübahisəsi olan gedir icra başçısının yanına və düz də edir. Çünki icra başçısı prezidentin səlahiyyətli nümayəndəsidir. Səlahiyyətli nümayəndədirsə, deməli, tabeçiliyində işçilər də olmalıdır”.

Mənbə: www.dia.az