Yasamaldakı park ərazisini kim satıb? – Kərəm Həsənov, yoxsa Kinoklub?...

Yasamaldakı park ərazisini kim satıb? – Kərəm Həsənov, yoxsa Kinoklub?...

 

Yasamaldakı park ərazisinin necə satışa çıxarıldığı məlum olub...

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olandan sonra həmin ərazinin qanunsuz olaraq hasarlanıb və satılması barədə bu gün mətbuatda yazılar dərc olunub. Yazıda qeyd olunur ki, həmin ərazidə qanunsuz işlər aparan ləğv olunan Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri, Prezident Adminstrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Kərəm Həsənovdur.

Bu məsələyə yaxından bələd olan məlumatlı mənbə əslində ərazinin kimlər tərəfindən satıldığını və sonradan bu özbaşınalığın qarşısının necə alınması ilə bağlı PİA.az-a məlumat verib. Bildirilir ki, sözügedən parkın ərazisi əvvəlcə Mədəniyyət Nazirliyinin, daha doğrusu Kinoklubun balansında olub. Bu vaxt da orada müxtəlif adamlar müxtəlif tikinti aparmağa başlayıblar. Məsələ Əmlak Komitəsinə gəlib çıxanda isə məlum olub ki, ərazidə aoarılan tikintilər qanunsuzdur. Bundan sonra Kərəm Həsənovun tapşırığı ilə qanunsuz illər dayandırılıb, tikintilər sökülüb və ərazi Dövlət Əmlak Komitəsinin balansına keçirilib.

Onu da qeyd edək ki, hazırda ərazi İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak xidmətinin balansındadır.

pia.az

Mənbə: pia.az