Metsamor – Qafqaz üçün potensial Xirosima!

Bu gün 6 avqust –Xirosimaya atom bombasının atılmasının 75-ci ildönümüdür. Maraqlıdır, Ermənistandafəaliyyət göstərən və qəzalı vəziyyətdə olan Metsamor AES-i Qafqaz və ətrafregion üçün potensial Xirosima hesab etmək mümükndürmü?

Moderator.az-a açıqlamaverən politoloq Tofiq Abbasov Metsamordaqəza riskinin kifayət qədər böyük olduğunu təsdiqlədi:

“Metsamor tamamilə qəzalıobyektdir. Sovet dönəmində onun fəlaiyyətinə xitam verilmişdi və stansiyanın fəaliyyətitamamilə dayandırılımışdı. Sonra Ermənistanın təcavüzü nəticəsində Azərbaycan və Türkiyə işğalçı ilə bütün əlaqələrikəsdi. Nəticədə, ağıq iqtisadi vəziyyətlə üzləşən Ermənistan Rusiyanın “Rosatom”şirkətindən xahiş etdi ki, Metsamorun yenidən fəaliyyətə başlamasına yardımçıolsunlar. Doğrudur, orada müəyyən işlər görüldü. Lakin ora əsaslı investisiyaqoyulmadı. Yəni stansiyanın texnoloji geriliyi aradan qaldırılmayıb. Sadəcə,stansiyanın cari rejimdə fəaliyyətini təmin etmək üçün müəyyən işlər ğörülüb.

 

Buna görə də həm Azərbaycanın,həm də İran, Türkiyə və Gürcüstanın ekolojhi təşkilatları yaxşı başa düşür ki,istənilən an Metsamorda qəzanın olması mümkündür. Bu məsələ daim gündəmdədir vəbundan sonra da gündəmdə qalacaq”.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Cərimə yazılmasın deyə taxılan maska

SONRAKI XƏBƏR

"Qoy onlar bilsinlər ki, ermənilər bizə hansı xəyanətləri ediblər..."