Makron partlayışa görə Livana getdi

Makron partlayışa görə Livana getdi

Fransa Prezidenti Emmanuel Makron Livana səfər edib. Azvision.az xəbər verir ki, onun səfəri iki gün əvvəl Beyrut limanında baş vermiş partlayışla əlaqədardır.

Fransa lideri səfərinin Livanla həmrəylik nümayiş etdirmək məqsədi daşıdığını bildirib. O, livanlı həmkarı Mişel Aunla, o cümlədən digər rəsmilər, müxtəlif siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Xatırladaq ki, Beyrutda partlayış zamanı 138 nəfər ölüb, 4 mindən çox yaralı var.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az