Ermənistan MN-də struktur dəyişiklikləri olub

Ermənistan MN-də struktur dəyişiklikləri olub

 

Ermənistan Müdafiə Nazirliyində struktur dəyişiklikləri olub. Dəyişikliklər nəticəsində Ermənistan Müdafiə Nazirliyinin Hərbi qulluqçuların səhiyyə, sosial müdafiəsi və veteranlar məsələləri üzrə baş idarəsi yaradılıb. Keçmiş Hərbi qulluqçuların sosial müdafiəsi idarəsi Sosial müdafiə idarəsi adlandırılaraq qeyd olunan baş idarəyə daxil edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat verib.

“Əvvəllər Ermənistan Müdafiə Nazirliyinin İnsan hüquqları və etika mərkəzinin rəisi vəzifəsini tutmuş polkovnik Aleksandr Avetisyan Hərbi qulluqçuların səhiyyə, sosial müdafiəsi və veteranlar məsələləri üzrə baş idarənin rəisi təyin edilib. Serj Aruşanyan Hərbi qulluqçuların səhiyyə, sosial müdafiəsi və veteranlar məsələləri üzrə baş idarənin Sosial müdafiə idarəsinin rəisi təyin edilib”, - deyə Stepanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az