Yunan Kipri Şimali Kipr sahilində təlimə başlayır

Yunan Kipri Şimali Kipr sahilində təlimə başlayır

Yunan tərəfi Şimali Kipr torpağı olan Ərənköy sahillərində avqustun 9-da təlim keçirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu Şimali Kiprin Xarici İşlər naziri Qüdrət Özərsay deyib.

“Yunan tərəfinin avqustun 9-da Şimali Kipr torpağı olan Ərənköy sahillərində dəniz məkanımıza müdaxilə edəcək formada top atəşlərindən istifadə edərək təlim keçirməyi planlaşdırdığını öyrənmişik. Yunan rəhbərliyinin təxribat xarakterli hərəkətinin ləğvi üçün BMT-yə müraciət etdik. Bu təxribat xarakterli təlimi hərbi qurumlarımızla məsləhətləşərək yaxından izləyirik. Yunan tərəfi gərginliyi artırmaqdan imtina etməsə, lazım olan tədbirləri görəcəyik”, - Q.Özərsay bildirib.

Mənbə: axar.az