Salyan Rayon İcra Hakimiyyətində videobağlantı vasitəsilə növbəti müşavirə keçirilib - FOTO

5 avqust 2020- ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin məqsədilə videobağlantı vasitəsilə növbəti müşavirə keçirilib.

Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən rayonda epidemioloji vəziyyət müzakirə olunmuş, vətəndaşların karantin qaydalarına ciddi əməl olunması tövsiyyə edilib.

 

Həmçinin rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır.

 

İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər verib.

 

Müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.

 

Qlobal.az

 

 

 

 

 

 

 

 

 

 

Qlobal.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb - Azərbaycanda

SONRAKI XƏBƏR

Ordumuz düşmənin PUA-sını məhv etdi - Təcili