Livan parlamenti rəsmisi sabiq baş nazirlərin təklifinə etiraz etdi

Livan parlamenti rəsmisi sabiq baş nazirlərin təklifinə etiraz etdi

 

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın sabiq baş nazirləri son baş verən partlayışla bağlı beynəlxalq araşdırma komitəsinin yaradılmasını təklif ediblər.

 

Təklifə Livan parlamentinin sədr müavini Əli əl-Fərəzli münasibət bildirib.

 

Sədr müavini vurğulayıb ki, bu təklif illər əvvəl Rafiq Həririnin sui-qəsdi zamanı baş verənləri tam olaraq xatırladır.

 

"Belə bir şey etmək Livan dövlətinin yararsız olması mənasını daşıyacaq. Livan dövləti və hökuməti baş verənləri araşdıracaq gücdədir", - deyə Əli əl-Fərəzli diqqətə çatdırıb.

 

Xatırladaq ki, Livanın sabiq baş nazirləri Səid Həriri, Nəcib Miqadi, Fuad Sinyora və Təmam Salam paytaxt Beyrut şəhərində görüş keçirdikdən sonra ortaq bəyanatla çıxış etmişdilər.

 

Sabiq baş nazirlər BMT və Ərəb Birliyinin nəzarəti altında beynəlxalq araşdırma komitəsinin yaradılması çağırışı səsləndirmişdilər.

Mənbə: AlManar

Mənbə: eastnews.org