ABŞ: "BMT İrana imkan versə, gülünc vəziyyətə düşəcək"

ABŞ: "BMT İrana imkan versə, gülünc vəziyyətə düşəcək"

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ gələn həftə İrana silah embarqosunu uzatmaq üçün qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim edəcək.

Bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo mətbuat brifinqində çıxış edərkən bəyan edib.

"Gələn həftə ABŞ BMT Təhlükəsizlik Şurasına İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı bir qətnamə təqdim edəcək. BMT TŞ-nin missiyası sülh və təhlükəsizliyə dəstək olmaqdır. Əgər TŞ terrorizmə dəstək olan bir nömrəli ölkəyə sərbəst şəkildə silah alğı-satqısı imkanı versə, öz missiyasını həqiqətən də gülünc vəziyyətə qoyar", - deyə Amerika diplomatiyasının rəhbəri bildirib. O əlavə edib ki, gələn həftə səs vermə gözlənilir.

Onun sözlərinə görə, qətnaməyə veto qoyulsa, ABŞ birtərəfli qaydada silah embarqosunun uzadılmasına nail olmağa çalışacaq. Amerika tərəfi hesab edir ki, 2015-ci il BMT TŞ 2231 saylı qətnaməsi bir çox BMT sanksiyalarını ləğv edib, lakin eyni zamanda, sanksiyaların yenilənməsi üçün müəyyən ölkələrin tətbiq edəcəyi qanuni bir mexanizm yaradıb və silah embarqosu belə məhdudiyyətlərdən biridir.

"Bizim irəli sürdüyümüz təklif tamamilə əsaslandırılıb. Bu və ya digər formada silah embarqosunun müddətinin uzadılmasını təmin edəcəyik. Silah embarqosunun 18 oktyabrda bitməsinə imkan verməyəcəyik", - deyə Pompeo bildirib.

Mənbə: eastnews.org