Makron Livanda: Partlayış olan əraziyə getdi

Makron Livanda: Partlayış olan əraziyə getdi

Fransa Prezidenti Emmanuel Makron Livana səfər edib.

Axar.az xəbər verir ki, Fransa lideri Livan Prezidenti Mişel Aunla partlayışın baş verdiyi Beyrut limanını ziyarət edib.

Ziyarət çərçivəsində danışan E.Makron Livanın tək olmadığını bildirib:

“Hazırda Livana qeyd-şərtsiz yardımlar olmalıdır. Livana beynəlxalq yardımların koordinasiyası üçün təşəbbüs başladacağıma söz verirəm”.

Mənbə: axar.az