“Əgər orada bir qəza baş versə, Türkiyənin yarısı gedəcək” – Heydər Əliyevdən tarixi xəbərdarlıq!

“Əgər orada bir qəza baş versə, Türkiyənin yarısı gedəcək” – Heydər Əliyevdən tarixi xəbərdarlıq!

Bu gün YaponiyanınXirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümüdür. Hansı ki, buböyük faciə Ermənistanda fəaliyyət göstərən və region üçün son dərəcədə riskliolan Mertsamor AES-in mövcudluğunu yada salır. Bu təhlükə Qafqaz ölkələri iləyanaşı, İran və Türkiyə üçün də eyni dərəcədə ciddi təhdiddir.

Moderator.az-a açıqlamaverən jurnalist-tarixçi Seymur Əliyev ulu öndər Heydər Əliyevin illər öncə bu təhlükəyədiqqət çəkdiyini, bunu Azərbaycanla yanaşı, digər qonşu dövlətlər üçün də təhlükəhesab etdiyini vurğuladı:

“Heydər Əliyev Metsamorusadəcə Azərbaycan və Gürcüstan üçün deyil, həm də İran və Türkiyə üçün böyük təhlükəhesab edirdi. O, bu gerçəyi Türkiyə mediasının da diqqətinə çatdırmağa çalışır,Metsamor təhlükəsinə qarşı birgə mübarizəni olduqca vacib hesab edirdi. HeydərƏliyev hesab edirdi ki, qəzalı vəziyyətdə olan Metsamorda baş verəcək hər hansıbir qəza Türkiyənin yarısında özünün hiss etdirəcək ,qardaş ölkə üçün ciddiproblemlər yaradacaq. Təsadüfi deyil ki, Heydər Əliyev türk jurnalistləri iləgörüşlərinin birində Türkiyənin bu amilə diqqət yetirməsinin önəminə toxunmuş vədemişdir:

 

“Ermənistanda böyük biratom elektrik stansiyası vardı. 1990-cı ildə onu bağladılar. Çünki UkraynanınÇernobıl şəhərindəki atom elektrik stansiyasında böyük bir fəlakət oldu.Çernobıl faciəsindən 11 il keçib, amma insanlar indiyə qədər şikəstdirlər, əlildirlər.Buna görə bu, təhlükəli bir şeydir. Ermənilər 1990-cı ildə atom elektrikstansiyasını tamam bağladılar. Amma sonra, iki il bundan əvvəl Rusiyadan həmböyük maliyyə, həm də texniki yardım verdilər, onların mütəxəssisləri, alimlərigəlib həmin atom elektrik stansiyasını bərpa etdilər, işə saldılar.

Buatom elektrik stansiyası, ümumiyyətlə Ermənistan üçün də, Türkiyə üçün də təhlükəlidir.Bunu bilin, əgər orada bir qəza baş versə, Türkiyənin yarısı gedəcəkdir. Onagörə də mən hesab edirəm ki, Türkiyə buna etiraz etməlidir”.

Təəssüflərolsun ki, Azərbaycanın bütün səylərinə rəğmən, bu gün də Metsamor AES-in fəaliyyətidavam edir. Ermənistandakı bu stansiya dünən olduğu kimi bu gün də həm Azərbaycan,həm də Türkiyə üçün təhdid mənbəyi olaraq qalmaqdadır. Bu isə o deməkdir ki, Azərbaycanvə Türkiyənin bütün sahələrdə olduğu kimi, Metsamor təhlükəsinə qarşı mübarizədədə əmədkaşlığı inkişaf etdirməsi zəruridir”.

 

 

 

Mənbə: moderator.az