Prezident: “İqtisadi sahədə itkilərimiz daha genişmiqyaslı ola bilərdi”

Prezident: “İqtisadi sahədə itkilərimiz daha genişmiqyaslı ola bilərdi”

“İqtisadi sahədə itkilərimiz var. Ancaq bu itkilər daha genişmiqyaslı ola bilərdi”.

Press.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

“İqtisadiyyatımız 6ı ayda cəmi 2,7% azalıb. Burada, neftin qiymətinin aşağı düşməsi rol oynayıb. Eyni zamanda, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik. İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10%, 14%, 20%, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır”.

Mənbə: press.az