Erməni siyasi xadim: “Ermənistanda marjinal qüvvələr indi “hakimiyyətdən daha rusyönümlü” mövqe tutmağa çalışırlar”

Erməni siyasi xadim: “Ermənistanda marjinal qüvvələr indi “hakimiyyətdən daha rusyönümlü” mövqe tutmağa çalışırlar”

“Güclü müxalifətə malik olmaq ideyası ümumi mənada doğrudur, üstəlik də legitim hakimiyyətə güclü müxalifət lazımdır ki, hakimiyyəti durğunluq imkanından məhrum etsin”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” təşəbbüsünün üzvü Robert Qevondyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın bu yaxınlarda verdiyi müsahibəsinə toxunarkən deyib.
O qeyd edib ki, ikinci prezidentin nəzərdə tutduğu özünü müxalifət kimi təqdim edən marjinal sektor hakimiyyətlə siyasi oyunda qarşılıqlı cilovlayıcı rol oynaya bilən xalq dəstəyinə malik deyil.
Robert Qevondyan qeyd edib ki, rusyönümlü görünən keçmişdə uğur gətirən marjinal qüvvələr indi də “hakimiyyətdən daha rusyönümlü” sahədə mövqe tutmağa çalışırlar.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az