Sarkisyanın məhkəməsi koronavirusa görə təxirə salındı

Sarkisyanın məhkəməsi koronavirusa görə təxirə salındı

6 Avqust 2020, 16:14 | DÜNYA

Sarkisyanın məhkəməsi koronavirusa görə təxirə salındı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəmə prosesi təxirə salınıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevan məhkəməsi eks prezidentin və digərlərinin işini qeyri-müəyyən müddətə qədər təxirə salıb.

Eks-prezident külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilir. Onun vəkili Amram Makinyan Sarkisyanın texniki səbəblərdən məhkəməyə gələ bilmədiyini əlavə edib. O özünün də koronavirus testi verdiyini və nəticələrin neqativ çıxdığını xatırladıb.

 

 

Mənbə: modern.az