Azərbaycanlı həkim Gürcüstanı koronavirusla bağlı böyük təhlükə gözlədiyini AÇIQLADI

Azərbaycanlı həkim Gürcüstanı koronavirusla bağlı böyük təhlükə gözlədiyini AÇIQLADI

Xəbər verdiyimiz kimi Azərbaycan Tibb Universitetinin dosenti, cərrah Elmar Şərifov sosial hesabında Gürcüstanda koronavirusun az yayılması barədə açıqlama verib. Belə ki, həkim Gürcüstanda koronavirusun niyə az yayılması ilə bağlı çoxsaylı suallara şok şəkildə izah verib:

"Ölkədə heç koronavirus olmamağındansa, onu yavaş tempdə keçirmək daha əlverişlidir. Gürcüstanı çox da misal çəkməyin. Hələ sonrasını gözləyin. Bu immunitet necə olsa da yaranmalıdı axı. Xəstələnə xəstələnə. Peyvəndə, dərmana ümid etmək olmaz. Bu gün Gürcüstan saatı müvəqqəti dayandırılmış bombaya çevrilib".

Qeyd edək ki, Gürcüstanda son ayda sutkada 3 və daha aşağı sayda insanın koronavirusa yeni yoluxma halı təsdiqlənir.

Bununla bağlı Sonxeber.az-a danışan tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayıl deyilən fikirləri təsdiqləyib:

"Koronavirusa gündəlik yoluxma sayının Gürcüstanda az olması o demək deyil ki, ölkəni böyük təhlükə gözləmir. Bizdə 40 minə yaxın insan virusa yoluxub. Həqiqətdə isə bu rəqəm 200, 300 min ətrafındadır. Bu rəqəm ikinci dalğa üçün 4- 5 min yoluxmuş insan olmaqdan daha yaxşı vəziyyətdir. Gürcüstan ya sərhədlərini uzun müddət bağlı saxlamalıdır, ya da uzun müddət bu rejimdə yaşamalıdırlar. Bunun da Gürcüstan iqtisadiyyatına çox böyük ziyanı olacaq. Yalnız virusun peyvəndi tapılsa bu məsələ öz həllini tapacaq".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az