Tacikistanda prezident seçkilərinin vaxtı məlum olub

Tacikistanda prezident seçkilərinin vaxtı məlum olub

...Onun sözlərinə görə, parlamentin yuxarı və aşağı palatalarının birgə keçirdiyi iclasda bu barədə qərar qəbul olunub

Tacikistanda prezident seçkilərinin vaxtı müəyyənləşib.

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkə parlamentinin yuxarı palatasının sədrinin köməkçisi Navruz Kurbanzoda məlumat verib.

Onun sözlərinə görə, parlamentin yuxarı və aşağı palatalarının birgə keçirdiyi iclasda bu barədə qərar qəbul olunub.

Qərara əsasən, Tacikistanda prezident seçkiləri bu il oktyabrın 11-də keçiriləcək.

Mənbə: www.interaztv.com