“KİV hər zaman prezidentin yanında olub və bu gün də yanındadır”

“KİV hər zaman prezidentin yanında olub və bu gün də yanındadır”

Cahangir Məmmədli: “Bu gün medianın ictimai nəzarət funksiyasını yerinə yetriməsi üçün daha əlverişlıi şərait yaranıb, çünki...”

Prezident İlham Əliyev bugün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərvə sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bir dahaictimai nəzarətin önəmini xatırladıb, bu məsələnin vacibliyinə dqiqət çəkib.

Maraqlıdır, media ictimainəzarət funksiyasını lazımınca həyata keçirə bilirmi? KİV-in bu məsələyə dahaçox diqqət yetirməsinə ehtiyac varmı?

Moderator.az-aaçıqlama verən BDU-nunJurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri,professor Cahangir Məmmədli medianın bu məsələdəki önəmini şərh edib:

“KİV hər zaman problemlərinhəllində, müxtəlif layihələrin həyata keçirilməsində dövlətin yanındaolmalıdır. Sovet dönəmində, 70-cı illərdə, Heydər Əliyevin I katib olduğuvaxtlarda hər dəfə mətbuatda yer alan tənqidifelyetonlarla bağlı Mərkəzi Komitədə ayrıca büro çağırırdı və həmin yazımüzakirə olunurdu. Göyçay rayonundakı zavoddakı yeyintidən tutmuş, Kür çayındaqanunsuz balıq tutmağa qədər bir sıra məsələlərlə bağlı mediada yer alanyazılarla bağlı bu cür bürolar çağırılmışdı.

 

90-cı və 2000-ci illərin əvvəllərindədə media ictimai nəzarət funksiyasını yüksək səviyyədə həyata keçirdi. Sonra bufunksiya bir qədər zəiflədi. Lakin yaxşı və ya pis yerinə yetirməsindən asılıolmayaraq, KİV hər zaman ictimai nəzarət funksiyasını yerinə yetirib. Bu gün bunəzarət daha da güclənib. Çünki prezident əksər çıxışlarında ictimai nəzarət məsələsindəKİV-in roluna diqqət çəkir, jurnalistlərin vəzifələrini xatırladır.

KİV hər zaman prezidentinyanındadır. Biz ölkə başçısınmıən mediaya verdiyi önəmi unutmamalı, bu yüksəkqiyməti nəzərə almalı və bir az da ictiami nəzarət funksiyamızı gücləndirməliyik.

Dövlət qurumları mediadayer alan tənqidi materiallara xüsusi diqqət yetirməlidir. Mətbuat hansıproblemləri qaldırırsa, hansı məsələdə boşluq varsa, müvafiq qurumlar buproblemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atmalıdır.

Bu gün ölkəmizdə KİVDFkimi bir qurum fəaliyyət göstərir. Hansı ki, bu qurum dövlətin mediaya göstərdiyidiqqət və qayğının bariz nümunəsidir. Belə olan halda bizim də öz üzərimizə düşənişin öhdəsindən gəlmək üçün daha çox səy göstərməyimiz vacibdir. Media dördüncühakimiyyət kimi nəzarət mexanizmini lazımi səviyyədə həyata keçirməlidir. Bu,dövlətimizin inkişafı və tərəqqisi baxımından da olduqca əhəmiyyətlidir”.

Mənbə: moderator.az