TBMM sədri: “Doqquz millət vəkilində koronavirus aşkarlanıb”

TBMM sədri: “Doqquz millət vəkilində koronavirus aşkarlanıb”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop koronavirusa yoluxan millət vəkilləri və personalın sayı barədə açıqlama verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Hazırda parlamentin personalında 32 nəfər evdə, iki nəfər də xəstəxanada müalicə alır.

Dünən də bir yeni yoluxma halı aşkarlanıb.

Evdə müalicə alan millət vəkillərinin sayı beş, xəstəxanadakıların sayı isə dörddür”, - deyə M.Şentop bildirib.

Mənbə: www.oxu.az