Türkiyədən Misir və Yunanıstana: İmkan vermərik!

Türkiyədən Misir və Yunanıstana: İmkan vermərik!

Türkiyə Xarici İşlər Nazirliyi Misir və Yunanıstan arasında eksklüziv iqtisadi zona haqqında imzalanmış müqavilə ilə bağlı açıqlama yayımlayıb.

Axar.az xəbər verir ki, açıqlamada Misir və Yunanıstan arasında dəniz sərhədinin olmadığı bildirilib

“Bu gün imzalandığı açıqlanan qondarma dəniz zonalarının məhdudlaşdırılması anlaşması Türkiyə üçün "yox" deməkdir. Bu mövqeyimiz həm diplomatik, həm də əməli olaraq ortaya qoyulacaq. “Məhdudlaşdırılan” sahə BMT-nin müəyyən etdiyi kimi Türkiyə şelfinə daxildir. Türkiyə sözügedən sahədə hər hansı fəaliyyətə icazə verməyəcək və Şərqi Aralıqda ölkəmizin və Kipr türklərinin suveren haqq və hüquqlarını qətiyyətlə müdafiə edəcəkdir”, - deyə bildirilib.

Mənbə: axar.az