Deputat növbəti videoqəbul keçirdi – FOTOLAR

Deputat növbəti videoqəbul keçirdi – FOTOLAR

Bu gün 120 saylı Cəbrayıl-Qubadlı Seçki dairəsinin deputatı Ceyhun Məmmədov video-qəbul keçirib.

Press.az “Yeni Gündəm”-ə istinadən xəbər verir ki, görüşdə seçiciləri narahat edən məsələlər dinlənilib, pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib.

Qeyd edək ki, deputat Saatlı rayonu Əlisoltanlı qəsəbəsində müvəqqəti məskunlaşan seçiciləri ilə video-qəbul keçirib, problemləri ilə maraqlanıb. Video-qəbul zamanı bütün müraciətlər qeydə alınıb, onların həlli üçün addımlar atılacağı qeyd edilib.

Deputat vətəndaşların problemlərini dinləməklə yanaşı onları bir daha karantin şərtlərinə əməl etməyə və bununla da hər zaman olduğu kimi yenə də dövlətə həmrəylik etdirməyə çağırıb.

Mənbə: press.az