40 yaşdan yuxarı vətəndaşlar ildə bir dəfə tibbi müaiyənədən keçəcək

40 yaşdan yuxarı vətəndaşlar ildə bir dəfə tibbi müaiyənədən keçəcək

Bundan əvvəl, tibbi müayinə üçün tətil üç ildə bir dəfə verilirdi.

Rusiyada 40 yaşdan yuxarı işləyən vətəndaşlar üçün ildə bir dəfə ödənişli istirahət günü təsis ediləcək. Bu gün həmin adamların tibbi müayinəsi üçün nəzərdə tutulur. Bununla bağlı qanun avqustun 11-dən qüvvəyə minəcək.

Rusiya Prezidenti Vladimir Putin 40 yaşdan yuxarı işçilər üçün tibbi müayinə üçün istirahət günü verilməsini nəzərdə tutan qanunu iyulun 31-də imzalayıb. Qanunvericilik təşəbbüsü ilə Əmək Nazirliyi çıxış edib. Qeyd edək ki, buna qədər pensiya yaşına çatmış və pensiya yaşında olan insanlara ildə iki dəfə istirahət verilirdi.

 

Mənbə: polemik.az