Almaniya Lukaşenkonun rəqibinin kömək istəyinə cavab verdi

Almaniya Lukaşenkonun rəqibinin kömək istəyinə cavab verdi

Almaniya Belarusiya lideri Aleksandr Lukaşenkonun rəqibi Svetlana Tixanovskayanın prezidentlik uğrunda mübarizədə kömək istəməsini nəzərdən keçirib. Bu barədə RİA Novosti-yə Almaniya Nazirlər Kabinetində məlumat verilib.

Hökumətin müraciəti nəzərə aldığı qeyd olunur. Ancaq Berlin, Tixanovskayanın açıqlamalarına münasibət bildirməyəcək, çünki seçkilər çox tezliklə - avqustun 9-da keçiriləcək

Qeyd edək ki, bir müddət əvvəl hazırkı prezidentin rəqibi Almaniya kansleri Angela Merkeldən kömək istəyib. Prezidentliyə namizəd Lukaşenkonu Belarusu talan etdiyinə görə tənqid edib və həyatı üçün təhlükə olduğunu bildirib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçiriləcək. Lukaşenko altıncı müddətə prezidentliyə namizəddir. Prezidentliyə digər namizəd Tixanovskaya, blogger Sergey Tixanovskinin həyat yoldaşıdır.Hansı ki, müxtəliv bəhanələrlə bir müddət əvvəl həbsə atılıb.özü də qaçmaq istədi, ancaq həbs edildi. Prezidentliyə daha bir iddiaçı, “Belqazprombank”-ın keçmiş rəhbəri Viktor Babariko həbsdədir. Hi-Tech Parkının qurucusu Valeri Tsepkalonun da seçkilərdə iştirak etməsinə icazə verilmədi və siyasi təqiblərdən qorxaraq ölkədən qaçdı.

 

Mənbə: polemik.az