SON DƏQİQƏ: ermənilər yenidən Tovuzda təxribata cəhd göstərdi, ordumuz hərbi texnikasını MƏHV ETDİ

SON DƏQİQƏ: ermənilər yenidən Tovuzda təxribata cəhd göstərdi, ordumuz hərbi texnikasını MƏHV ETDİ

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

AZSABAH.COM-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Mənbə: azsabah.com